Vilayət Eyvazov yeni rəis təyin etdi

30 Avqust 2022 12:52

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Eldar Həsənov Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

O, bundan əvvəl Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin inzibati təcrübə üzrə baş inspektoru olub. 

Milli.Az