Türkiyədə "Texnofest" başlayır

30 Avqust 2022 10:43

Türkiyənin Samsun şəhərində Aviasiya, Kosmik və Texnologiya festivalı - "Texnofest" bu gün başlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, 30 avqust - 4 sentyabr 2022-ci il tarixləri arasında Samsun Çarşamba Hava Limanında keçiriləcək "Texnofest"-də müxtəlif sərgilər, hava şouları təşkil olunacaq.

Festivalın ilk günü Türkiyənin 30 avqust "Zəfər günü"nə həsr olunub.

Milli.Az