Ən pis şirkət seçildi
5 Aprel 2012 18:42
Milli.Az bildirir ki, "Consumerist.com" saytının keçirdiyi sorğuda "Electronic Arts" şirkəti "qara siyahı"ya başçılıq edib.
Ən pis şirkətlərin reytinqində ikinci yeri "Bank of America" tutub.
EA-nın bəyənməyənlərin sayı 64,3 faiz olub.
Səsvermədə 250 mindən artıq amerikalı iştirak edib.
"Consumerist.com" bildirir ki, EA-nın "İlin ən pis şirkəti" seçilməsinin səbəbi şirkətin çoxsaylı səhvlərlə oyunları satışa çıxarması, məhsuldan müəyyən kontenti bilərəkdən çıxararaq onu sonradan ayrıca satması və kiçik şirkətləri satın alaraq rəqabətdən bu minvalla yaxa qurtarmaq istəyidir.
EA-nın korporativ kommunikasiyalar üzrə direktoru Con Rezenburq səsvermənin nəticələrini belə şərşh edib: "Çox yəqin ki, "British Petroleum", AIG, "Philip Morris" və "Halliburton" səsvermədə iştirak etməmələrinə sevinirlər. Biz isə dünyada 300 milyon insanın seçdiyi əla servislər və oyunlar yaratmağa davam edəcəyik. Onu da deyib ki, bizə məxsus "BioWare" studiyası "The Escapist" saytının keçirdiyi "Ən yaxşı oyun istehsalçısı" müsabiqəsinin finalına çıxıb".
Milli.Az