Bu "Ford" 1 milyona satıldı - FOTO

30 Avqust 2022 19:16

Şahzadə Diananın avtomobili İngiltərədə xərraca çıxarılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Ford Escort RS Turbo" markalı maşın 650 min sterlinqə (təxminən 1 milyon 287 min manat) satılıb.

Qeyd edək ki, Diana nəqliyyat vasitəsini 1985-1988-ci illərdə istifadə edib.

Milli.Az