Tayvanın müstəqilliyini tanımırıq - ABŞ

30 Avqust 2022 08:57

ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir. Ancaq adaya öz təhlükəsizlik maraqlarını qorumaq məqsədilə kömək etməyə davam edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Tayvana münasibətimiz heç dəyişməyib. Biz Tayvanın müstəqilliyini tanımırıq və Vahid Çin siyasətinə əməl edirik", - o bildirib.

Milli.Az