Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin imzalanmasının 25-ci ildönümü münasibətilə telefon danışığı baş tutub.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.
Nikol Paşinyan və Vladimir Putin Ermənistan-Rusiya gündəmində olan bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər. Xüsusilə, 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi vurğulanıb", - məlumatda qeyd olunub.
Milli.Az