İraqda toqquşmalarda azı 20 nəfər öldürülüb, yüzlərlə yaralı var

30 Avqust 2022 08:12

Bağdadın "yaşıl zonası"nda baş verən iğtişaşlar zamanı azı 20 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, yüzlərlə iraqlı şiələrin məşhur lideri Müqtəda əs-Sədrin istefasına etiraz edib. Ölkənin silahlı qüvvələri və əs-Sədrin siyasi rəqibləri ilə şiddətli toqquşmalar nəticəsində yüzlərlə güllə yaraları alıb, gözyaşardıcı qaza məruz qalıblar.

Ölənlər arasında İraq ordusunun iki əsgərinin olduğu qeyd edilir.

Bundan əlavə, Bağdadın "yaşıl zona"sında baş verən atışmalarda İraq polisinin qərargah rəisi yaralanıb.

Milli.Az