Əs-Sədr aclıq aksiyasına başlayıb

30 Avqust 2022 08:13

Nüfuzlu şiə ilahiyyatçısı Müqtəda əs-Sədr aclıq aksiyasına başlayıb və aksiyanı İraqda "zorakılıq dayandırılana qədər" davam etdirmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "sədrçilər" parlament blokunun rəhbəri bildirib.

"Müqtəda əs-Sədr aclıq aksiyasına başladığını elan edərək, zorakılıq və silahdan istifadə dayandırılana qədər davam etdirmək niyyətindədir", - deyə o, bildirib.

Xatırladaq ki, daha əvvəl Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlamışdı. Bundan sonra yüzlərlə insan respublika sarayına daxil olmuşdu. İraq hakimiyyəti ölkə ərazisində komendant saatı elan edib.

Milli.Az