"Twitter"in işində nasazlıq yaranıb

30 Avqust 2022 08:03

"Twitter" sosial şəbəkəsinin işində bir neçə ölkədə fasilələr yaranıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə "Downdetector" servisi xəbər verib.

Ən çox şikayət Polşa, Böyük Britaniya, İspaniya, İtaliya, Almaniya və Fransadan gəlib. Qüsurlar barədə məlumat verən istifadəçilərin əksəriyyəti saytın işində yaranan problemlərdən şikayətlənib.

Həmçinin, sosial şəbəkənin fəaliyyətində problemlər Avstriya, Belçika, Niderland və İsveçdə də qeydə alınıb.

Milli.Az