Bakıda 4 otaqlı ev yanıb

30 Avqust 2022 07:25

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağında kondisioner və qismən divan yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az