Latviya Belarusla sərhəd əməkdaşlığına dair müqaviləni ləğv edəcək

29 Avqust 2022 22:30

Latviya Belarusla sərhəd əməkdaşlığına dair müqaviləni birtərəfli qaydada ləğv etmək niyyətindədir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Latviyanın Ətraf Mühitin Mühafizəsi və Regional İnkişaf Nazirliyi (VARAM) məlumat yayıb.

Nazirlik müqaviləyə xitam verilməsi qərarını Belarusun Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləməsi və bununla da beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəlikləri pozması ilə izah edib.

Artıq məsələ hökumətin gündəmindədir.

Müqavilə 1998-ci ildə imzalanıb və qüvvəyə minib, bundan sonra tərəflərdən heç biri onu ləğv etmək istəyini bildirmədiyi üçün o, avtomatik olaraq uzadılıb.

Milli.Az