Şəhərə Şəriət gəldi

5 Aprel 2012 14:57
Milli.Az AA-ya istinadən bildirir ki, Timbuktu meri Osman Halə islamçı tuareqlərin "Ənsar əl İslami" hərəkatının lideri İyad Galinin şəhərdəki imamlarla iclas keçirdiyini bildirib.

"Gali dedi ki, bundan sonra şəhər Şəriət qaydalarına uyğun idarə olunacaq. Bütün qadınlar çarşabda olacaq, oğruların əlləri və qolları kəsiləcək, zinakarlar isə daşqalaq edilərək öldürüləcəklər," - Halə deyib.

Keşiş Nok aq Yattara isə Timbuktudakı 300 xristianın şəhərin islamçıların əlinə keçməsindən sonra qaçdığını bildirib.

Xuntanın çevriliş edərək hakimiyyəti ələ aldığı Malinin şimalında yanvardan bəri tuareqlərin radikal islamçı qruplaşmaları şəhərləri dalbadal ələ keçirirlər.

Milli.Az