Hüseyn yoldan keçən qızlarla tanış olmaq üçün uşaqdan istifadə etdi - VİDEO

29 Avqust 2022 20:56

Rusiyanın məşhur azərbaycanlı video blogeri Hüseyn Həsənov paylaşımı ilə izləyicilərim marağına səbəb olub. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, blogerlə şəkil çəkdirmək istəyən azyaşlı oğlan istəyini Həsənova bildirəndə, qarşı tərəf onunla şərt kəsib. 

Hüseyn azyaşlı oğlana "Qıza de ki, Hüseyn sənin telefon nömrəni istəyir. Onu razılaşdırmağa inandır" söyləyib. O isə "Cəhd edəcəm" deyərək, bu şərtə qarşılıq verib.
Azyaşlı oğlan yolla gedən qızların arxasınca düşərək, onlardan telefon nömrələrini istəyib. Qızlar rədd cavabı versələr də sonda razılaşaraq, oğlanın istəyinə müsbət cavab veriblər.

Qızların nömrəsini alan azyaşlı blogerin dayandığı istiqamətə qaçıb. Hüseyn onunla şəkil çəkdirərək, qızların verdiyi nömrələrinə zəng edib.

Bu anları isə H.Həsənov sosial şəbəkə hesabında paylaşıb.

Milli.Az