Putin ilə Paşinyan telefonla danışacaq

29 Avqust 2022 14:50

Rusiya və Ermənistan arasında dostluq haqqında müqavilənin imzalanmasının 25 illiyi münasibətilə bu gün Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, telefon danışığı zamanı cari məsələlər müzakirə olunacaq.

Milli.Az