Türkiyə İstanbul boğazlarından keçid rüsumunu 5 dəfə artırdı

29 Avqust 2022 17:32

Türkiyə Montre razılaşmasına əsasən, xarici gəmilərin İstanbul boğazlarından keçid rüsumunu 5 dəfə artırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, 1983-cü ildən mövcud olan rüsum dəyişdirilib.

Yeni rüsum ödənişinin ölkə büdcəsinə ildə 200 milyon dollar əlavə gəlir gətirəcəyi proqnozlaşdırılır.

Milli.Az