""Lotu Quli"nin qızı ilə olan FOTOlar səhvən paylaşılıb"

29 Avqust 2022 12:34

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə müğənni Nazənin mərhum "qanuni oğru" "Quli" ləqəbli Nadir Səlifovun qızının və ailə üzvlərinin fotosunu paylaşıb.

Milli.Az xəbər verir ki, müğənninin prodüseri musavat.com-a bildirdi ki, fotolar səhvən paylaşılıb:

"Bununla bağlı bizə çoxsaylı zənglər oldu. Fotoları Nazənin xanımın İnstaqram səhifəsini işlədən şəxs səhvən paylaşıb. Bundan xəbər tutan kimi şəkilləri sildik". 

Milli.Az