Gülləbaranda ölən jurnalistlərin FOTOları

29 Avqust 2022 09:15

Naməlum şəxslər Kolumbiyanın Maqdalena departamentində odlu silah vasitəsi ilə iki jurnalisti qətlə yetiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, Leyner Montero, Diliya Kontreras və Xoakin Qutyerresin olduğu avtomobilə odlu silahdan atəş açılıb.

Jurnalistlərdən Montero və Kontreras hadisə yerində ölüb, Qutyerres ağır yaralı halda xəstəxanaya yerləşdirilib.

Qanlı olayla əlaqədar departamentin rəhbərliyi təcili iclas çağırıb.

Milli.Az