"PSJ" - "Monako" oyununda 2 qol

29 Avqust 2022 07:55

Fransa çempionatının dördüncü turunda "Monako" futbol klubu "Pari Sen-Jermen" komandası ilə heç-heçə oynayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Parisdə keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Hesabı Kevin Folland açıb. Lakin 70-ci dəqiqədə "PSJ"nin yarımmüdafiəçisi Neymar penalti zərbəsini yerinə yetirərək hesabı bərabərləşdirib.

Növbəti turda avqustun 31-də "PSJ" səfərdə "Tuluza" ilə qarşılaşacaq. Həmin gün "Monako" "Trua"nı qəbul edəcək.

Milli.Az