Masallıda dağlıq ərazidə yanğın davam edir

28 Avqust 2022 21:07

Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın davam edir.

Qəriblər meşəbəyliyinin ərazisindən başlayan yanğın 5 ha ərazini əhatə edir.

Hazırda yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması üçün tədbirlər həyata keçirilir.

Milli.Az