“Qarşıdakı aylar ingilislər üçün çətin olacaq” - Boris Conson

28 Avqust 2022 20:16

"Qarşıdakı aylar ingilislər üçün çətin olacaq".

Bu barədə Britaniyanın Baş naziri Boris Conson bildirib.

Onun sözlərinə görə, ölkədə elektrik enerjisinə görə qiymətlər çox yüksələcək: "Bir çoxumuz üçün evlərin isitməsi üçün pul ödəmək artıq qorxuludur".

Qeyd edək ki, Böyük Britaniya hökuməti elektrik enerjisinin haqqını ödəməkdə çətinlik çəkən ev təsərrüfatları üçün əlavə ödənişlər elan edəcək.

Milli.Az