“Hədəf mən deyil, qızım idi” - Duqin

28 Avqust 2022 18:38

"Qatillərin hədəfi mən deyil, məhz qızım idi".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın tanınmış siyasi eksperti Aleksandr Duqin yerli mətbuata müsahibəsində deyib.

Xatırladaq ki, Darya Duqina avqustun 20-də Moskva vilayətində avtomobilinin partladılması nəticəsində ölüb. O, festivaldan qayıdırdı, atası Duqin isə başqa maşında idi. İstintaq Komitəsi qətli sifarişli hesab edib. Cinayətin Ukrayna vətəndaşı Natalya Vovk tərəfindən törədildiyi bildirilir.

Milli.Az