81 yaşlı qoca dəm qazından boğuldu

11 May 2010 15:35
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, 81 yaşlı Kərim Hüseynov dəm qazından zəhərlənərək ölüb. Hadisə hamamda baş verib.
 
Evdə heç kim olmadığından mənzilin qapısını açan olmayıb. Hadisə yerinə çağırılan xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinə qalxaraq eyvandan mənzilə daxil olub və mənzilə baxış keçirilərkən K.Hüseynovu hamam otağında ölmüş vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az