Şabranda 12 yaşlı uşağı maşın vuraraq öldürüb

27 Avqust 2022 20:53

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb. Bakı şəhəri, Binəqədi rayon sakini 1975-ci il təvəllüdlü
Skokov İqor Sergeyeviç idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Şabran rayonu, Ağalıq kənd sakini 2011-ci il təvəllüdlü Ağayev Hacıbala Davud oğlunu vurub. Xəsarət alan şəxs Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az