1 yaşlı körpə 5-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır

27 Avqust 2022 15:16

Şirvanda 1 yaşlı körpə 5-ci mərtəbədən yıxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Şirvan şəhərində köçkün qəsəbəsində baş verib.

Valideyn nəzarətindən yayınan bir yaşlı Ömər Səmədov 5-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

Uşaq Şirvan mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az