Bakıda 18 yaşlı qız itkin düşdü

27 Avqust 2022 13:16

Bakıda 18 yaşlı qız itkin düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə avqustun 25-də paytaxtın Yasamal rayonu, Ə.Abdullayev küçəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Səfərova Mənsumə Əhəd qızı həmin gün saat 17 radələrində yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır.

Milli.Az