Bakıda 71 yaşlı qadın ağır xəsarət alıb

27 Avqust 2022 08:44

Bakıda 71 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, 1951-ci il təvəllüdlü Fətəliyeva Ədilə Orucəli qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və baş-beynin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .

Milli.Az