Röya həbs edilən müğənniyə belə dəstək oldu - FOTO

27 Avqust 2022 08:22

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Gülşənin həbsindən sonra bir çox məşhur simalar verilən qərara etiraz ediblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yerli ulduzlardan Xalq artisti Röya Ayxan instaqram hesabında Gülşənin fotosunu paylaşaraq ona öz dəstəyini göstərib.

Xatırladaq ki, Gülşən Çolakoğlu İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılıb. Prokurorluqda verdiyi ifadədən sonra müğənni həbs olunaraq Bakırköy qadın həbsxanasına göndərilib.

Milli.Az