Portuqaliyada 150 uçuş ləğv edilib

27 Avqust 2022 09:00

Portuqaliyanın Lissabon və Portu şəhərlərində həftə sonu üçün 150 reys ləğv edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, buna səbəb aeroport işçilərinin tətil elan etməsidir. Aksiya ölkənin digər hava limanlarının da işinə mənfi təsir göstərib. Etirazçılar məvaciblərinin dərhal artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Milli.Az