Litva Ukrayna ordusuna PUA hədiyyə edəcək

27 Avqust 2022 08:18

Litva Polşadan 37 ədəd PUA alaraq Ukrayna ordusuna hədiyyə etməyi planlaşdırır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas Tvitterdə məlumat verib.

Nazirin sözlərinə görə, əhali artıq bu məqsədlə 1 milyon avro toplayıb. Bu vəsaitlə Polşadan alınacaq PUA-lar Ukraynaya yola salınacaq.

Milli.Az