“Taxıl dəhlizi” normal işləyir

27 Avqust 2022 08:23

İyulda yaradılmış "taxıl dəhlizi" ilə 1 milyon tondan artıq kənd təsərrüfatı məhsulu ixrac edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ənənəvi axşam müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, "taxıl dəhlizi" normal işləyir. Artıq ölkədən ixrac edilən dənli bitkilərin həcmi 1 milyon tonu ötüb. 44 gəmi ilə 15 ölkəyə yük göndərilib. Məqsəd ayda 3 milyon ton yük göndərməkdir".

Milli.Az