"Vaşinqton və Brüsselin tətbiq etdiyi sanksiyalar..."

26 Avqust 2022 21:59

Qərbin sanksiyaları kənd təsərrüfatı məhsullarının və gübrənin dünya bazarına çıxarılmasına mane olur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

"Vaşinqton və Brüsselin tətbiq etdiyi sanksiyalar kənd təsərrüfatı məhsulları və gübrə ixracına şamil edilməsə də, bank hesablarının dondurulması, sığorta və nəqliyyat problemləri ixraca maneə yaradır" - deyə Zaxarova bildirib.

Milli.Az