“Azərbaycan Ordusu Laçına yerləşdi” - Prezident

26 Avqust 2022 11:23

Bu gün, avqustun 26-da biz - Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq

Milli.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev rəsmi "twitter" hesabında etdiyi paylaşımda bildirib.

Paylaşımda deyilir:

"Bu gün, avqustun 26-da biz - Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.

Yaşasın Laçın!

Yaşasın Azərbaycan!"

Milli.Az