İrem Dericinin instaqram səhifəsi oğurlandı

26 Avqust 2022 15:06

Müğənni İrem Dericinin instaqram hesabı oğurlanıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə "Twitter"də məlumat verib.

"Edəni tapsam, burnundan gətirəcəyəm", - deyə, İrem yazıb.

Qeyd edək ki, hazırda sosial şəbəkədə müğənninin səhifəsi görünmür.

Milli.Az