Nazirlər Kabineti Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının tərkibini təsdiqləyib

11 May 2010 15:20
Kollegiyanın yeni tərkibi DSMF-nin təklifi əsasında təsdiqlənib. Kollegiyasının sədri fondun rəhbəri Səlim Müslümovdur. Həmçinin, kollegiyanın tərkibinə fondun sədr müavinləri Zakir Babayev və Elman Mehdiyev, aparat rəhbəri Acar Cəbiyev, maliyyə-büdcə şöbəsinin rəhbəri İdris İsayev, hərbi qulluqçularla və xüsusi rütbələri olan şəxslərlə iş üzrə departamentin direktoru Çingiz Əliyev, DSMF-in Naxçıvan MR-dəki idarəsinin rəhbəri Rasim Hüseynov təyin ediliblər.

Nazirlər Kabinetinin qərarı imzalandığı gündən -  mayın 6-dan qüvvəyə minib.

/Trend/