ABŞ və Fransa səfirləri Şuşaya səfərdən niyə imtina edirlər?

27 Avqust 2022 19:21

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən beynəlxalq konfransda iştirak etməməsinə münasibət bildirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, tədbirdə çıxışı zamanı ABŞ və Fransanın Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı olmadıqlarını bildirib.

"ABŞ və Fransa səfirləri dəfələrlə dəvət olunmalarına baxmayaraq, Şuşaya səfər etməkdən nümayişkaranə şəkildə imtina edirlər. Bu, onların Azərbaycanın ərazi bütövlüyünü tanımaması kimi qiymətləndirilməlidir", - .H.Hacıyev deyib.

Milli.Az