Dardanel boğazında tankerlə kater toqquşub

25 Avqust 2022 23:56

Rusiyadan Yunanıstana gedən tanker Dardanel boğazında katerlə toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Xidməti məlumat yayıb.

Qəza zamanı katerdə 2 nəfər olub. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Hər 2 gəmi yedəyə alınaraq sahilə gətirilib.

Milli.Az