Əli Əsədov Mixail Mişustinlə görüşdü - FOTO

25 Avqust 2022 21:39

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində avqustun 26-da Çolpon-Ata şəhərində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.

Görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Hökumət başçıları ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələləri müzakirə ediblər.

Milli.Az