Ən yaxşı qadın futbolçu bəlli oldu

25 Avqust 2022 21:19

Ötən mövsümün ən yaxşı qadın futbolçusu müəyyənləşib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu ada spaniya "Barselona"sının yarımmüdafiəçisi Aleksiya Putelyas layiq görülüb. Qalibin adı Türkiyənin İstanbul şəhərində keçirilən qrup mərhələsinin püşkatma mərasimində açıqlanıb.

O, səsvermədə İngiltərə "Arsenal"ının hücumçusu Bet Mid və, Almaniya "Volfsburq"unun forvardı Lena Oberdorfı qabaqlayıb.

Milli.Az