İbrahim Tatlısəs yol qəzasına düşdü - VİDEO - FOTO

25 Avqust 2022 12:44

Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəs yol qəzasına düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza Bodrumda baş verib.

İçərisində İbrahim Tatlısəsin və qızının olduğu mikroavtobus yük avtomobili toqquşub.

Toqquşmadan sonra avtomobillər yolun kənarına yuvarlanıb.

Sənətçi və qızı avtomobildən xilas edilərək xəstəxanaya çatdırılıb.

Onun həyati təhlükəsi olmadığı bildirilir.

Milli.Az