Stallonenin həyat yoldaşı 25 ildən sonra boşanır

25 Avqust 2022 14:18

Amerikalı aktyor Silvestr Stallonenin həyat yoldaşı, keçmiş model Cennifer Flavin 25 illik evliliyindən sonra boşanmaq üçün məhkəməyə müraciət edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, Florida məhkəməsinə üz tutub. Xanım hələlik məsələ lə bağlı açıqlama verməyib.

Cütlük on illik münasibətdən sonra 1997-ci ildə evlənib. Onların Sofiya, Sistin və Skarlett adlı qızları var.

Milli.Az