Türkiyədə dəhşət: Kişi bütün ailə üzvlərini öldürdü - FOTO

25 Avqust 2022 18:36

Türkiyənin Şırnak vilayətinin İdil rayonunda bir şəxs bütün ailə üzvlərini qətlə yetirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, gecə saatlarında Həsən Karaaslan (40 yaş) evdə yatan həyat yoldaşı Leyla, qızları Derya (17), Mələk (16) və Şerife Karaaslanı (13) ov tüfəngi ilə başlarına atəş açaraq öldürüb.

Həsən Karaaslan daha sonra silahını da götürüb polisə gedərək törətdiyi əməli etiraf edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az