Bakıda ər-arvad qəzada öldü

25 Avqust 2022 08:44

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az Report-a istinadən məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü (şəxsiyyəti dəqiqləşdirilir - red.) hadisə yerində keçinib, onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Mustafayeva Nargül Mamed qızı isə ağır xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az