Gülşen həbs olunacaq

25 Avqust 2022 08:24

Hər zaman səhnə geyimləri ilə qalmaqal yaradan Türkiyənin məşhur müğənnisi Gülşen yenidən gündəmə gəlib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu dəfə sənətçi barəsində İstanbul Cümhuriyyət Baş Prokurorluğunda araşdırma başladılıb.

Buna səbəb isə onun konsertlərindən birində dediyi sözlər olub. Belə ki, Gülşen konsert zamanı "İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir" deyib.

Müğənninin bu sözləri həmin liseydə oxuyanlar və məzunlarla yanaşı, eləcə də dindarları qəzəbləndirib. Tvitterdə Gülşenin həbs olunması üçün #gulsentutuklansın heşteqi ilə yüzlərlə paylaşım edilib.

Milli.Az

 
 
 
 
 
Посмотреть эту публикацию в Instagram
 

 

 
 
 
 
 
 
 
 
 

Публикация от @magazinnoteri