Mikroavtobus mağazaya çırpıldı - Yaralılar var

25 Avqust 2022 08:40

Göygöldə mikroavtobus qəzaya uğrayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun Üçtəpə kəndində 15 saylı marşrut xətti üzrə hərəkət edən mikroavtobus "VAZ" markalı minik avtomobili ilə toqquşub. Sonra mikroavtobus yolun kənarında olan mağazaya çırpılıb. Hadisə zamanı 2 sərnişin və mağazanın qarşısında dayanan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az