KİV: UEFA PSJ-ni böyük məbləğdə cərimələyəcək

24 Avqust 2022 21:54

UEFA-nın maliyyə feyr-pley qaydalarını pozan klublara verəcəyi cəzalar məlum olub.

Milli.Az "report"a istinadən bildirir ki, ən ciddi sanksiya Fransanın PSJ komandasına tətbiq ediləcək. Paris təmsilçisi 10 milyon avro məbləğində cərimələnəcək.

İtaliyanın "Yuventus" və "Milan" klubları təqribən 2-3 milyon avro cərimə ödəyəcəklər. "İnter" və "Roma" isə UEFA ilə danışıqları davam etdirir. Bu kollektivlərlə bağlı qərarın yaxın 10 gün ərzində açıqlanacağı gözlənilir. Avropa futbol qurumunun Milan və Roma təmsilçilərinə transfer məhdudiyyəti qoyacağı və onları cərimələyəcəyi istisna olunmur.

Milli.Az