Ukrayna MN Rusiyanın kütləvi raket zərbələri endirməməsinin səbəbini açıqlayıb

24 Avqust 2022 20:53

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın kütləvi raket zərbələri endirməməsinin səbəbini açıqlayıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov danışıb.

"Rusiyanın hücum tempi xeyli aşağı düşüb. Çünki Rusiya ordusu tükənib. Həmçinin qarşı tərəfdə mənəvi və psixoloji yorğunluq yaranıb", - Budanov söyləyib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bu gün - Ukraynanın Dövlət Müstəqilliyi Günündə təxribatların gözlənildiyi barədə xəbərdarlıq etmişdi.

Milli.Az