Berluskoninin 80 milyon avroluq villasını əlindən aldılar - FOTO

11 May 2010 14:53
"The Times" yazır ki, razılaşmanın təfərrüatları açıqlanmasa da, bəzi məqamları üzə çıxarmaq mümkün olub. Lario Berluskoninin Milan yaxınlığındakı villasının mülkiyyət hüququnu əldə edib. Villa təxminən 80 milyon avro dəyərindədir.
Bununla yanaşı, Lario Berluskonidən hər ay üçün tələb etdiyi 3,5 milyon avronu "qopara" bilməyib. Baş nazir keçmiş xanımına ayda yalnız 300 min avro ödəməyə razılıq verib.

Xatırladaq ki, xanımının Berluskonidən boşanmağa ərizə verməsinə səbəb baş nazirin fahişələrlə əylənməsinə dair faktların ortaya çıxmasıdır.

Milli.Az

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------