"Gözünüzü çəkin" - Antalyada dincələn Fatimə xəstəxanaya düşdü - FOTO

24 Avqust 2022 16:56

Antalyada istirahətdə olan rəqqasə Fatimə Fətəliyevanın başına iş gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Fatimə həmin an çəkilən görüntüsünü yayımlayaraq ona göz dəydiyini vurğulayıb.

O, paylaşımına "Gözünüzü çəkin. O qədər qəribədir ki, sənin travman sənin günahın deyil. Ancaq sağalmağın üçün bütün məsuliyyət sənin əlindədir" qısa şərhini yazıb.

Qeyd edək ki, Fatimə bir neçə gün əvvəl İstanbulda əməliyyat olunmuşdu.

Milli.Az