“Yeni Klinika”ya mətbuat katibi təyin olundu

24 Avqust 2022 11:22

Marketinq üzrə mütəxəssis İlham Məmmədzadə "Yeni Klinika" tibb müəssisəsində fəaliyyətə başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o öz feysbuk səhifəsində məlumat verib.

İ. Məmmədzadə bildirib ki, bu gündən etibarən "Yeni Klinika"da İctimaiyyətlə əlaqələr, marketinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri olaraq əmək fəaliyyətini davam etdirəcək.

Milli.Az