Məhəmməd peyğəmbəri təhqir edən deputat saxlanılıb

24 Avqust 2022 08:26

Hindistanın hakim Cananta Partiyasının deputatı Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, deputat Raja Sinqhin sosial şəbəkədə yayılan videoları müsəlman icması arasında ciddi narazılıq yaradıb. Heydərabadda etiraz aksiyası keçirən minlərlə sakin onun həbsini tələb edib.

Sinqhin çıxışları müsəlman ölkələrində də narazılıq yaradıb.

Milli.Az